AZ

Pezeşkiandan mühüm addım: İran pulundam dörd sıfır silinir

İran Prezidenti Məsud Pezeşkian dekabrın 23-də ölkənin növbəti maliyyə ili üçün büdcə layihəsini parlamentə təqdim edib.

Modern.az “Mehr” Agentliyinə istinadən xəbər verir ki, Prezident Administrasiyası milli valyutadan dörd sıfırı silərək, ilk dəfə İranın gələn il üçün büdcə layihəsini "yeni rial"a əsaslanaraq təqdim edib.

Bu layihə son təsdiqini tapacağı təqdirdə, ölkənin maliyyə sənədlərində illərlə son dərəcə böyük rəqəmlərdən və mürəkkəb hesablamalardan istifadəyə son qoyacaq.

Planlaşdırma və Büdcə Təşkilatının rəhbəri Həmid Purməhəmmədi bildirib ki, gələn ilin büdcə layihəsi yeni pul vahidinə uyğun olaraq hazırlanıb, bütün gəlir və xərc maddələri, dövlət orqanlarına ayrılan vəsaitlər və əsas büdcə cədvəlləri qanunvericilərə yenilənmiş rəqəm formatında təqdim edilib.

İran parlamentinin daxili qaydalarına əsasən, Administrasiya illik büdcə layihəsini hər ilin dekabr ayında parlamentə təqdim edir.

Parlament üzvləri hökumətin təklif etdiyi büdcə layihəsini təsdiqlədikdən sonra qanuna çevrilməzdən əvvəl təsdiq üçün Konstitusiya Şurasına göndəriləcək.

Seçilən
18
1
modern.az

10Mənbələr