AZ

Masallı rayonunda Konstitusiya və Suverenlik İli çərçivəsində ağacəkmə aksiyası keçirilmişdir » AzadMedia.az


23 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Masallı rayonunun Sərçuvar inzibati ərazi dairəsində ekoloji mühitin qorunması, yaşıllıqların artırılması və ətraf mühitə qayğının gücləndirilməsi məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası təşkil olunmuşdur.

Aksiya Masallı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı ilə keçirilmiş, tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov, başçının birinci müavini Tohid Hüseynov, müavin Adəm Məhərrəmov, Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, inzibati ərazi dairələri üzrə nümayəndələr, bələdiyyə sədrləri və digər məsul şəxslər iştirak etmişlər.

Ağacəkmə aksiyası zamanı ərazidə ümumilikdə 450 ədəd müxtəlif növ meyvə və çinar ağacları əkilmişdir.Tədbir çərçivəsində yaşıllıq sahələrinin genişləndirilməsinin ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması və gələcək nəsillər üçün sağlam mühitin formalaşdırılması baxımından əhəmiyyəti xüsusi vurğulanmışdır.

Aksiyanın sonunda Masallı Rayon İcra Hakimiyyətinin başçısı cənab Araz Əhmədov iştirakçıları “Konstitusiya və Suverenlik İli” münasibətilə təbrik etmişdir.

Sonda tədbir iştirakçılarının iştirakı ilə xatirə fotoları çəkilmişdir.
Seçilən
17
1
azadmedia.az

2Mənbələr