AZ

Qazaxıstanda qədim oğuzlara aid türk yazısı aşkar edildi FOTO

Bizim media saytına istinadən ain.az xəbər verir.

Qazaxıstanın Türküstan ərazisində IX–X əsrlərə aid olan Kültöbe yazısı tapılıb.Bu yazı oğuzların tarixinin öyrənilməsində nə qədər həyati əhəmiyyət daşıdığını bir daha sübut edib. İndiyədək belə hesab olunurdu ki, oğuz dili yalnız XIII əsrdə, islamın qəbulundan və ərəb əlifbasının istifadəsinin başlanmasından sonra yazılı dilə çevrilib.Bizim.Media xəbər verir ki, lakin yeni tapıntı göstərir ki, oğuzlar islamdan xeyli əvvəl, ərəb yazısına keçməmişdən öncə də öz dillərindən və yazı ənənəsindən istifadə ediblər.Bu kəşf oğuzların qədim dövr mədəniyyətinə və yazılı irsinə dair mövcud təsəvvürləri ciddi şəkildə yenidən nəzərdən keçirməyə əsas yaradır.Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
33
2
bizim.media

3Mənbələr