AZ

“Göyəzən” heyətini yeni futbolçu ilə gücləndirib

“Göyəzən” Futbol Klubu heyətinə yeni futbolçu cəlb edib.

İdman.Biz xəbər verir ki, klub 29 yaşlı müdafiəçi Eşqin İsmayılovla rəsmi müqavilə bağlayıb.

Tərəflər arasında imzalanan anlaşmanın müddəti 1 ildir.

Qeyd edək ki, təcrübəli futbolçu karyerası ərzində “Turan Tovuz”, “Neftçi” və “AZAL” klublarının formasını geyinib.

İdman.Biz
Seçilən
84
idman.biz

1Mənbələr