“Rəy sorğularından birinə əsadsən, ukraynalı qaçqınların dəstəklənməsi və qəbulu 2022-ci ildəki 94%-dən bu gün 48%-ə düşüb. Digər sorğunun nəticələri isə, Ukraynanın Avropa İttifaqına (Aİ) daxil olmasına polyakların dəstəyinin 2022-ci ildəki 85%-dən 2025-ci ildə 35%-ə düşdüyünü göstərir”,- qəzet yazır.
BMT-nin Qaçqınlar üzrə Agentliyinin sentyabr ayı statistikasına görə, Polşada təxminən bir milyon ukraynalı qaçqın var. Ukraynalıların nadir hallarda polisə insidentlər barədə məlumat vermələrinə baxmayaraq, onlara qarşı “şözlə və fiziki hücumların” sayı artır.
- Cəmiyyətdə belə bir fikir var ki, bizukraynalılara artıq heç nə borclu deyilik”,- Xarici Əlaqələr üzrə Avropa Şurasının üzvü Petr Buras deyib.
![]() |
| Navrotski ukraynalı qaçqınları məyus edib |
Avqust ayında isə, Polşa prezidenti Karol Navrotski ukraynalı qaçqınlara maliyyə dəstəyinin genişləndirilməsini nəzərdə tutan qanun layihəsinə veto qoyub. Əvəzində onun özünün təklif etdiyi qanun ukraynalıların işləyəcəyi halda belə müavinətlər almasını nəzərdə tutur.
“Anti-Ukrayna əhval-ruhiyyəsi ilk dəfə 2023-cü ildə Polşada geniş miqyasda ortaya çıxdı. O vaxtlar internetdə Ukraynaya meylli hər hansı məqalə çoxsaylı mənfi şərhlərlə qarşılanırdı. Amma elə gəlirdi ki, bu “rəqəmsal nifrət” internetdən kənara yayılmayacaq. Lakin 2025-ci ilin yayından etibarən bir çox ukraynalı “Ukrayna Evi”nin əməkdaşlarına “polyaklardan, əsasən şözdə” hücumlardan şikayət etməyə başlayıb”, - Polşadakı “Ukrayna Evi”nin təmsilçisi Aleksandr Pestrikov vurğulayıb.
Petr Burasın sözlərinə görə, 2022-ci ildə Ukraynanın dəstək səviyyəsi anormal idi. İndi sanki bu yanaşma normal vəziyyətə qayıdır. Ukrayna ilə münasibətlər isə tarix, narazılıqlar və fikir ixtilafları ilə yüklənib. Lakin əksər Avropa ölkələrindən fərqli olaraq Polşada anti-Ukrayna əhval-ruhiyyəsi heç də rusiyapərəst olmaq demək deyil.
Sahil İsgəndərov
AzVision.az
