AZ

Elxan Şahinoğlu: Paşinyanın Kremlə ehtiyacı var

Gununsesi portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti İlham Əliyevdən fərqli olaraq Rusiyadan ona edilən bütün dəvətləri məmnuniyyətlə qəbul edərək, Kreml sahibi Vladimir Putinlə görüş və müzakirələrdən yayınmır. Paşinyanın buna ehtiyacı var”.

Gununsesi.info bildirir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu deyib:

“Halbuki, baş nazir Ermənistanda verdiyi açıqlamalarda ölkəsinin üzləşdiyi bəlalarda birbaşa və dolayı yolla Rusiyanı günahlandırır. Buna baxmayaraq, Paşinyan Kremllə dialoqdan qopmamağa çalışır. Paşinyan yaxşı anlayır ki, Kreml və onun ətrafındakı şovinist dairələr Ermənistandakı radikallardan tutmuş kilsəyə qədər olan qüvvələri dəstəkləyir”.

Politoloq qeyd edib ki, Paşinyan həmin qüvvələrlə mübarizə aparmaqla yanaşı Kremli ona qarşı daha təxribatçı fəaliyyətlərdən yayındırmağa çalışır.

“Buna görə də, Paşinyan hər dəfəsində Moskva və Sankt-Peterburqdakı tədbirlədə iştirak edir və Rusiyaya ayaq basan kimi sosial platformasında qaldığı otellərdən müxtəlif görüntülər paylaşır. Paşinyanın bu siyasətinin Kremldəkiləri məmnun etdiyini söyləmək çətindir”,-deyə o əlavə edib.

Günay

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
58
3
icma.az

6Mənbələr