ain.az, Fanat portalına istinadən məlumatı açıqlayır.
"Bayern Münhen"in yarımmüdafiəçisi Konrad Laymer Avstriyada ilin ən yaxşı futbolçusu seçilib.
Fanat.Az xəbər verir ki, məlumatı Avstriya Futbol Assosiasiyasının mətbuat xidməti yayıb.
Yerli çempionatda iştirak edən klubların məşqçiləri arasında keçirilən səsvermədə 28 yaşlı Laymer 51 xal toplayıb.
İkinci yeri "Leyptsiq"in (Almaniya) üzvü Kristof Baumqartner (16 xal) tutub. "Srvena Zvezda"nın (Serbiya) komandasının hücumçusu Marko Arnautoviç (15 xal) üçüncü olub.
Laymer ötən mövsüm "Bayern"də bütün turnirlərdə 46 matça çıxaraq 3 qol və 4 məhsuldar ilə yadda qalıb. Orta xətt oyunçusu komandası ilə Almaniya çempionluğunu bayram edib.
Abunə Ol
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.