AZ

“WhatsApp” Rusiya hakimiyyətini ittiham etdi

WhatsApp Rusiya hakimiyyətini bayramlar ərəfəsində vətəndaşları şəxsi ünsiyyət hüququndan məhrum etməyə cəhd etməkdə ittiham edib.

KONKRET.az həmin açıqlamanı təqdim edir:

“WhatsApp-a çıxışı məhdudlaşdırmaqla Rusiya hökuməti Rusiyada bayram mövsümü ərəfəsində 100 milyondan çox insanı şəxsi, başdan-başa (end-to-end) şifrələnmiş ünsiyyət hüququndan məhrum etməyə çalışır”. Messencerin nümayəndəsinin sözlərini Reuters sitat gətirib.

Qeyd olunur ki, WhatsApp istifadəçilərin maraqlarını müdafiə etməyi planlaşdırır, çünki dövlət tərəfindən zorla tətbiq edilən tətbiqlər rusiyalıların təhlükəsizliyini yalnız azaldacaq. Şirkətin bunun üçün hansı addımları atacağı dəqiqləşdirilmir.

Qeyd edək ki, dünən Roskomnadzor (RKN) WhatsApp-ın sürətinin yavaşladılmasını davam etdirdiyini təsdiqləyib və messencerin tam bloklanması ilə hədələyib. Gün ərzində RBK-nın mənbəsi bildirib ki, dekabrın 22-dən etibarən tətbiqin iş sürəti 70–80% azaldılıb.

Ağagül Mürsəlov,
KONKRET.az

Seçilən
84
1
konkret.az

2Mənbələr