AZ

ABŞ ölkəni tərk edən miqrantlara 3 000 dollar verəcək

ABŞ ilin sonuna qədər ölkəni "könüllü olaraq tərk edən" qanunsuz miqrantlara 3000 dollar verəcək.

Missiya.Az "Haberglobal"a istihnadən xəbər verir ki, bu barədə ABŞ İmmiqrasiya və Gömrük Xidməti (ICE) məlumat yayıb.

Süni intellekt tərəfindən yaradılan videoda ICE forması geyinmiş "Santa Klaus"un qanunsuz miqrantları tutub deportasiya etməsi təsvir olunub.

Videoya əlavə edilən açıqlamada həmçinin qeyd olunur ki, ilin sonuna qədər ölkəni "könüllü olaraq tərk edən" qanunsuz miqrantlar üçün təşviq məbləği 3000 dollara qədər artırılıb.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
42
missiya.az

1Mənbələr