AZ

Qiymətlər yeniləndi, “Qarabağ”ın dəyəri yüksəldi 

Transfermarkt Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların bazar dəyərlərini yeniləyib. Son yenilənmə həm fərdi futbolçuların qiymətlərində, həm də klubların ümumi heyət dəyərlərində ciddi dəyişikliklərlə yadda qalıb.

İdmanxeber.az-ın məlumatına görə, yenilənmənin ən böyük qazananı “Qarabağ” olub. Belə ki, Premyer Liqanın ən dəyərli 10 futbolçusundan 9-u Ağdam təmsilçisinin heyətində yer alır. Fərdi göstəricilərdə də “Qarabağ”lı futbolçuların dəyər artımı diqqət çəkir.

Sağ cinah oyunçusu Leandro Andrade 3 milyon avroya yüksəlib. Hücumçu Nəriman Axundzadənin bazar dəyəri isə 2,5 milyon avro olub.

Qapıçı Mateuş Koxalski və dayaq yarımmüdafiəçisi Pedro Bikalyo hərəsi 500 min avro dəyər qazanıb. Bu artımlar “Qarabağ”ın ümumi heyət dəyərinin 28,5 milyon avroya çatmasına səbəb olub.

Kamilo Duranın qiyməti 750 min avroya yüksəlib. Toral Bayramov, Elvin Cəfərquliyev və Emmanuel Addai isə 300 min avro artımla 1,5 milyon avro həddinə yaxınlaşıblar.

Seçilən
31
idmanxeber.az

1Mənbələr