AZ

Səkkiz qadın 600-dən çox uşağı pula görə istifadə EDİB

Ajans.az xəbər verir ki,bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi sözçüsü İrina Volk öz Telegram kanalında məlumat verib. Məlumata görə, qadınlara Moskva vilayətinin sakini kömək edib. O, Moskvadakı çoxfunksiyalı mərkəzlər və Samara ilə Nijni Novqoroddakı vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı idarələri ilə əlaqə saxlayaraq, evdə doğuşlarda iştirak etdiyini iddia edib. Doğulmuş uşaqlar üçün doğum haqqında saxta şəhadətnamələr tərtib olunub və qadınlar bu sənədlərdən istifadə edərək dövlət tərəfindən sosial təminat ödənişləri alıblar. Müstəntiqlərin məlumatına görə, fırıldaqçılar ümumilikdə dövlət büdcəsindən 237 milyon rubl əldə ediblər. Onlara qarşı 89 cinayət işi açılıb. Qadınlar saxta ödənişlər toplamaqda və sənəd saxtakarlığında, həmçinin cinayətkar təşkilatın tərkibində fəaliyyət göstərməkdə ittiham olunurlar.

İstintaq davam edir və hüquq-mühafizə orqanları saxta ödənişlərin daha geniş miqyasını araşdırır.

Seçilən
36
Ajans.az

1Mənbələr