AZ

Tedesko istədi, klub rəsmi təklif göndərdi

“Fənərbaxça” heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.

Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi Antoni Musaba ilə yaxından maraqlanır.

Tanınmış jurnalist Yağız Sabuncuoğlunun sözlərinə görə, "sarı-lacivərdlilər" "Samsunspor"un futbolçusuna rəsmi təklif göndərib. 

Futbolçunun Türkiyəyə transferi üçün müqaviləsində nəzərdə tutulan sərbəst qalma məbləği 5 milyon avro təşkil edir.

Qeyd edək ki, belçikalı baş məşqçi Domeniko Tedesko Musabanın transferində israrlıdır və futbolçunu heyətində görmək istəyir.

Türkiyə Kuboku: “Fənərbaxça” “Beşiktaş”la qarşılaşacaq - YENİLƏNİR

“Betis” rekordunu yeniləyib

Brazilya millisinin və "Barselona"nın sabiq üzvü karyerasını bitirib

FIFA “Əl-Nəsr”in transfer qadağasını ləğv etdi

Misir yığması Afrika Millətlər Kubokunda rekorda imza atıb

Seçilən
38
1
apasport.az

10Mənbələr