AZ

II Liqa: Şəmkir səfərdə büdrədi, Şirvan inamlı qələbə qazandı

Fanat portalından alınan məlumata görə, ain.az xəbər verir.

Azərbaycan II Liqasında 14-cü tura yekun vurulub. 

Fanat.Az xəbər verir ki, turun son günündə 3 görüş baş tutub.

Eyni vaxtda start götürən ilin son oyunlarının nəticələrinə gəlincə, "Şəmkir" səfərdə "Ağstafa Gəncləri" ilə bacarmayıb. Məhsuldar alınan görüşdə tərəflər heç-heçəyə razılaşıblar.

"Dinamo" "Göygöl" səfərindən məğlub ayrılıb. Meydan sahiblərinin heyətində Ziyabil Məmmədov poker müəllifi olub.

Nəhayət, debütant "Şirvan" doğma meydanda inamlı qələbə qazanıb. "Kür-Araz"la qarşılaşan bölgə təmsilçisi yaxın qonşusu ilə xal fərqini artırmağa müvəffəq olub.

Qeyd edək ki, ötən gün baş tutan görüşlərdə "Xankəndi" "Şəki Siti"ni 2:1, "Qaradağ Lökbatan" "Araz Saatlı"nı 13:1, "Quba" isə "Ağdaş"ı 6:1 hesabı ilə məğlub edib.

Azərbaycan II Liqası

XIV tur

23 dekabr 

“Ağstafa Gəncləri” – “Şəmkir” 

Qol: E.Hüseynov, 59. E.Namazov, 75 - T.Fərmanov, 29.  

“Göygöl” – “Dinamo” 4:3

Qol: Qollar: Z.Məmmədov, 20; 22; 47; 64 - X.Qocayev, 43. V.Seyidov, 61-pen; 76.

“Şirvan” – “Kür-Araz” 2:0

Qollar: E.Xəlilov, 64. N.İsayev, 85.

Abunə Ol

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
35
1
fanat.az

2Mənbələr