AZ

Abort sonsuzluq riskini artırır Həkim

Demokrat.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Sumqayıtda 27 yaşlı qadının abortdan sonra vəfat etməsi ciddi siqnaldır və bu məsələ cəmiyyət üçün dərs olmalıdır. Abort tibbi müdaxilədir və heç vaxt tam təhlükəsiz sayılmır”. Bunu Demokrat.az-a açıqlamasında ginekoloq Gülçin Rzayeva deyib.Onun sözlərinə görə, prosedur zamanı və ya ondan sonra ağır fəsadlar yarana bilər:“Qanaxma və infeksiya ən təhlükəli risklər sırasındadır. Bəzən bu fəsadlar sürətlə inkişaf edir və gecikmə ölümə səbəb olur. Abort qadının gələcək sağlamlığına da mənfi təsir göstərə bilər. Təkrar abortlar sonsuzluq riskini artırır. Həmçinin hormonal və psixoloji problemlər yarada bilər. Bu səbəbdən abort son çıxış yolu kimi qiymətləndirilməlidir. Arzuolunmaz hamiləliklərin qarşısının alınması daha təhlükəsiz və düzgün yanaşmadır. Qadınlar sağlamlıqları ilə bağlı qərar verərkən mütləq həkimlə məsləhətləşməlidirlər. Belə faciələrin qarşısını almağın yolu maarifləndirmə və məsuliyyətli yanaşmadır”.Leyla Turan

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
demokrat.az

1Mənbələr