AZ

Milyonluq qaçaqmalçılıq zənciri ifşa edildi, vəzifəli şəxslər məsuliyyətə cəlb olundu

Bakı.Trend:

Ölkə iqtisadiyyatına ayrı-ayrı şəxslər tərəfindən zərərvurulması, qaçaqmalçılıq yolu ilə ölkəyə müxtəlif növ məhsullarıngətirilməsi, qanunsuz olaraq satışının təşkil edilməsi və digər bukimi əməllərin qarşısının alınması ilə əlaqədar AzərbaycanRespublikasının Baş Prokurorluğu tərəfindən aidiyyəti dövlətqurumları ilə birgə kompleks, sistemli və ardıcıl tədbirlərgörülür.

Trend xəbərverir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş prokuror yanında Korrupsiyaya qarşı MübarizəBaş İdarəsində qaçaqmalçılıq və vəzifə səlahiyyətlərindənsui-istifadə cinayətlərin törədilməsində iştirak etmiş vəzifəlişəxslər, hərbi qulluqçular və cinayətkar birliyin digər üzvlərininqanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsində başlanmışcinayət işləri üzrə Baş prokuror yanında Korrupsiyaya qarşıMübarizə Baş İdarəsində ibtidai istintaq davam etdirilir.

Belə ki, Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və EnerjiResursları Baş Gömrük İdarəsinin Bakı Hövsan Beynəlxalq TicarətDəniz Limanı Gömrük postu, “Bakı Hövsan Beynəlxalq Ticarət DənizLimanı” Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları və cinayətkarbirliyin digər üzvlərinin qanunsuz əməlləri barədə cinayət işi üzrəistintaq tədbirləri nəticəsində “Bakı Hövsan Beynəlxalq TicarətDəniz Limanı” ASC-nin faktiki rəhbəri Ruslan Eyyubov, ASC-nin başdirektoru Rəşad Daşdəmirov, Liman xidmətinin rəisi Zaur Haşımov,Limanın briqadiri Fərrux Haqverdiyev, Dövlət Gömrük KomitəsininDəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin BakıHövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov,həmin Gömrük postunun inspektorları Heydər Eyvazlı, TamerlanAxundzadə və Tahir Tahiri qeyd olunan Baş Gömrük İdarəsininƏməliyyat Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinin böyük əməliyyatmüvəkkili Ənvər Tağıyev, habelə tütün məmulatlarının nəqliyyatvasitələri ilə daşınması və saxlanmasını həyata keçirən ElçinRüstəmov, Fariz Məhərrəmov, Firuz Əliyev, Amil Cəbrayılov, Ələsgərİsmayılov, Rövşən Tarverdiyev, eləcə də istintaqla şəxsiyyətləriaraşdırılan qeyriləri mütəşəkkil dəstə halında cinayət əlaqəsinəgirməklə Birləşmiş Ərəb Əmirlikləri və İran İslam Respublikasındanümumilikdə 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası iləmarkalanmalı olan tütün məmulatlarını belə marka olmadan gəmi iləqeyd edilən Limandan qaçaqmalçılıq yolu ilə ölkə ərazisinəkeçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında həmin şəxslər AzərbaycanRespublikası Cinayət Məcəlləsinin müvafiq olaraq:

- 206.4 (mütəşəkkil dəstə tərkibində külli miqdardaqaçaqmalçılıq),

- 213-1.2.1, 213-1.2.2, 213-1.2.3 (qabaqcadan əlbir olan birqrup şəxs tərəfindən təkrarən külli miqdarda aksiz markası iləmarkalanmalı olan malları belə marka olmadan satış məqsədi iləsaxlama) və

- 308.2-ci (ağır nəticələrə səbəb olmaqla vəzifəsəlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilətəqsirləndirilən şəxs qismində cəlb ediliblər.

İş üzrə Ruslan Eyyubov, Rəşad Daşdəmirov, Fərid Usubov, HeydərEyvazlı, Tamerlan Axundzadə, Zaur Haşımov, Fərruz Haqverdiyev,Fariz Məhərrəmov barəsində ibtidai istintaqı orqanının vəsatəti vəibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, Firuz Əliyevbarəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib, digərşəxslər istintaqdan yayınmaq məqsədilə ölkə ərazisini tərketdiklərinə görə barələrində qiyabi həbs qətimkan tədbiriseçilməklə beynəlxalq axtarış elan olunub.

Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya qarşı MübarizəBaş İdarəsində ibtidai istintaqı davam etdirilən digər cinayət işiüzrə qaçaqmalçılıq və digər cinayətlərin törədilməsində iştiraketmiş “RR Caspi”, “Səmayə Co”, “Səmayə Logistic” və başqa MəhdudMəsuliyyətli Cəmiyyətlərin, eləcə də Dövlət Sərhəd Xidmətininvəzifəli şəxslərinin qanunsuz əməlləri ifşa edilib.

İbtidai istintaqla “RR Caspi” MMC-nin təsisçisi və faktikirəhbəri Ramin Axundov, həmin MMC-nin gəmi kapitanı Elşən Əhmədov,gəmi mexaniki Elçin Əsgərov, gəmi matrosu Amid Sayılov, MMC-ninişlərini icra edən Samir Qəhrəmanbəyli, Dövlət Sərhəd XidmətininSahil Mühafizəsinin 3-cü Sahil nəzarəti şöbəsinin 14-cü sahilnəzarəti bölməsinin rəisi Vüsal Sadıqov, həmin bölmənin nəzarətçisiValeh Səmədov, habelə tütün məmulatlarının nəqliyyat vasitələri ilədaşınması və saxlanmasını həyata keçirən Elgün Nəzərov, EminNəzərov, Heıdarı Mohammad Reza Alı oğlu, Amal Əzizov, Əbülfətİsmayılzadə, Şahin Heydərov, Vüqar İsmayılov, eləcə də istintaqlaşəxsiyyətləri araşdırılan qeyriləri qabaqcadan əlbir olan bir qrupşəxs halında cinayət əlaqəsinə girməklə ümumilikdə 1 milyonmanatdan artıq dəyərdə aksiz markası ilə markalanmalı olan tütünməmulatlarını belə marka olmadan gəmi ilə Bakı şəhəri Qaradağrayonu Ələt qəsəbəsində Xəzər dənizinin sahilində qanunsuz olaraqinşa olunmuş qeydiyyatsız yanalma körpüsündən keçirməkləqaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsinə əsaslı şübhələrmüəyyən edilib.

Adıçəkilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsininmüvafiq olaraq

- 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən vəvəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə edilməkləqaçaqmalçılıq),

- 213-1.2.1, 213-1.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxstərəfindən külli miqdarda aksiz markası ilə markalanmalı olanmalları belə marka olmadan satış məqsədi ilə saxlama),

- 341.2.1 və 341.2.3 (bir qrup şəxs tərəfindən və ağırnəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadəetmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlbediliblər.

İş üzrə Elşən Əhmədov, Elçin Əsgərov, Amid Sayılov, SamirQəhrəmanbəyli, Vüsal Sadıqov, Emin Nəzərov, Heıdarı Mohammad RezaAlı oğlu, Şahid Heydərov və Vüqar İsmayılov barəsində ibtidaiistintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessualrəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəməninqərarı ilə həbs, Valeh Səmədov ev dustaqlığı qətimkan tədbiriseçilib, digər şəxslər istintaqdan yayınmaq məqsədilə ölkəərazisini tərk etdiklərinə görə barələrində qiyabi həbs qətimkantədbiri seçilməklə beynəlxalq axtarış elan olunub.

Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davametdirilməklə qeyd edilən hüquqi şəxslərin fəaliyyəti yoxlanılır,sözgedən cinayətlərin törədilməsində iştirak edən cinayətkarbirliyin üzvlərinin edilərək cinayət məsuliyyətinə cəlb edilməsiistiqamətində istintaq və əməliyyat-axtarış tədbirləri davametdirilir.

Nəticəsi barədə ictimaiyyətə əlavə məlumatın verilməsi təminediləcəkdir.

Məqalədə:
Seçilən
86
44
az.trend.az

7Mənbələr