AZ

İş adamı Ruslan Eyyubov həbs edilib

5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində tanınmış iş adamı Ruslan Eyyubov saxlanılıb.

AzPost bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi özəl məlumata görə, R. Eyyubov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilib. Bu dəqiqələrdə məhkəmə qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.

İş adamı Ruslan Eyyubovun hansı cinayətlərdə ittiham olunduğu məlum olub.

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, R. Eyyubov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 206.4 (Xüsusilə külli miqdarda qaçaqmalçılıq), 193-cü (Yalançı sahibkarlıq), 213-1.2.2, 213-1.2.3-ci (Aksiz markası ilə markalanmalı olan malları marka olmadan və məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə, malların nağd qaydada alqı-satqısı təkrar törədildikdə) maddələri ilə ittiham edilir.

Məhkəmənin qərarı ilə onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçilib.

AzPost.az

Seçilən
54
9
azpost.info

10Mənbələr