O həmçinin bildirib ki, bu il İçərişəhərdə qəzalı vəziyyətdə olan ərazilərin yenilənməsinə başlanılıb. Qala Divarları ərazisində bərpa işlərinin mərhələli şəkildə davam etdirildiyini deyən Rüfət Mahmud, Qoşa Qala istiqamətində aparılacaq restavrasiya işlərinin isə hökumətin qərarından və ayrılacaq investisiyalardan asılı olduğunu vurğulayıb:
“Bu bizi sevindirir, çünki İçərişəhər hamımız üçün doğma məkandır. Muzeylərin inkişafı ilə bağlı strategiyamız mövcuddur və yaxın dövrdə yeni turlar təşkil olunacaq. Məqsədimiz daha çox yerli turist cəlb etməkdir”.Rüfət Mahmud qeyd edib ki, qastronomiya turizminin inkişafı istiqamətində də işlər görülür. Xidmət sahəsində çalışan şəxslərin peşəkar inkişafı və dil bacarıqlarının təkmilləşdirilməsi üçün layihələr həyata keçirilir. “İstəyirik ki, bu sektorda göstərilən bütün xidmətlər həm yerli, həm də xarici turistlərin gözləntilərinə cavab versin”, – deyə o əlavə edib.İdarə Heyətinin sədrinin sözlərinə görə, hazırda İçərişəhərdə təxminən 3 500 nəfər yaşayır:
“Dünyada elə şəhərlər var ki, orada artıq insanlar yaşamır. Biz isə İçərişəhərin "living city" – yəni yaşayan şəhər formatında qorunub saxlanılmasını istəyirik. İçərişəhəri yaşadan da məhz budur”.
“Əgər bu il müvafiq maliyyə ayrılarsa, həmin ərazidə işlərə yenidən start veriləcək”.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta