AZ

ABŞ ın Ermənistandakı səfiri diplomatik missiyasını gələn ay başa vuracaq

Ayna saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Səfirin gedişindən sonra ABŞ-ın Ermənistana qarşı siyasəti dəyişməz qalacaq”

ABŞ-ın Ermənistandakı səfiri Kristina Kuinn ölkədəki üç illik diplomatik missiyasını gələn il yanvar ayının ortalarında başa vuracaq. AYNA.AZ erməni mediasına istinadən bildirir ki, bu barədə səfirlikdən məlumat verilib.

Qeyd olunub ki, “səfirin gedişindən sonra ABŞ-ın Ermənistana qarşı siyasəti dəyişməz qalacaq”.

"ABŞ Ermənistanla tərəfdaşlığa sadiqdir və ABŞ-Ermənistan strateji tərəfdaşlığını daha da inkişaf etdirməyi və 8 avqustda Vaşinqtonda keçirilən tarixi sülh sammitində Prezident Donald Tramp və Baş nazir Nikol Paşinyan tərəfindən imzalanmış ikitərəfli müqavilələrin həyata keçirilməsini səbirsizliklə gözləyir", - deyə vurğulanıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
52
ayna.az

1Mənbələr