AZ

Kollecə məxsus kompüterlər direktorun evində tapıldı

Qazax Dövlət Sosial-İqtisadi Kollecində nöqsanlar aşkarlanıb.

Modern.az xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat verib.

Bildirilib ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecində 14-30 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən yoxlama keçirilib. Yoxlama nəticəsində aşkarlanmış nöqsanların ətraflı araşdırılması hazırda hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilir.

Qeyd edək ki, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin direktoru Elşad Quliyeva məxsus evdən kollecin balansına aid təsərrüfat texnikaları və komputer tapıldığı iddia edilir. (Mənbə APA)

Seçilən
16
5
modern.az

10Mənbələr