AZ

"18 qolla birinci sırada yer almaq qürurvericidir" - Liqanın köhnə-yeni bombardiri

2-ci Liqanın 14-cü turunda "Quba" öz meydanında "Ağdaş"ı 6:1 hesabı ilə üstələdi. Bu oyunda penaltidən 3 qol vuran hücumçu Vidadi Cəfərov həm də qol ötürməsi ilə yadda qaldı. Liqanın bombardirlər cədvəlində 18 qolla zirvədə mövqe tutan 25 yaşlı forvardla əlaqə saxlayıb fikirlərini öyrəndik.

Onun Fanat.Az-a dediklərini təqdim edirik:

"Oyuna yaxşı hazırlaşmışdıq. "Ağdaş"ı təhlil etmişdik. Birinci dövrədə bu komanda ilə oyunda xal itirmişdik. Bu dəfə daha məsuliyyətli oynamalı olduğumuzun fərqindəydik. Şadam ki, qələbə qazandıq. Komandamın qələbəsinə 3 qol və məhsuldar ötürmə ilə töhfə verdiyim üçün çox sevincliyəm. Əlbəttə ki, ən əsası komandanın uğurudur.

Hazırda bombardirlik yarışında da ciddi rəqabət var. 18 qolla birinci sırada yer almaq qürurvericidir. Layiq olduğum mövqeyə qayıtdığımı düşünrəm. Buna görə şadam. Ardını gətirmək niyyətindəyəm. Qış fasiləsindən sonra daha yaxşı formada olacağıma və qollar vurmağa davam edəcəyimə inanıram".

Xatırladaq ki, Cəfərov ötən mövsüm "Şəmkir"in heyətində 31 qol vuraraq 2-ci Liqanın bombardiri olub. 

Nihat

Seçilən
16
1
fanat.az

2Mənbələr