AZ

Bu il hansı qurumlar susdu? - Jurnalistlərin cavab ala bilmədiyi mətbuat xidmətləri...

Dünyada olduğu kimi Azərbaycanda da medianın xəbər əldə etmək imkanları uyğun qurumların mətbuat xidmətləri vasitəsilə həyata keçirilir. Bəs görəsən Azərbaycan jurnalistləri vergiödəyicilərinin hesabına formalaşan dövlət büdcəsindən maliyyələşən  bu qurumların işindən razıdırmı? 

“Report” İnformasiya Agentliyinin əməkdaşı Tuncay Türbəndzadə bildirir ki, illər ərzində müxtəlif dövlət və özəl qurumlara rəsmi sorğular ünvanlasa da, bəzi hallarda cavab almaq mümkün olmayıb. Onun sözlərinə görə, xüsusilə İcbari Sığorta Bürosu və bir sıra sığorta şirkətləri sorğuları cavabsız qoyur.

Eyni problemlə “Trend” İnformasiya Agentliyinin əməkdaşı Sadiq Cavadov da üzləşib. O bildirir ki, Dövlət Vergi XidmətiSOCAR tərəfindən göndərilən sorğulara cavab verilməyib.

“FED.az” saytının rəhbəri Əli Əhmədov isə Azərbaycan Dəmir Yolları Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA)-nı cavabsız qalan sorğular siyahısında qeyd edir. Onun sözlərinə görə, bəzi müraciətləri aylardır ki, cavab gözləyir.

“Oxu.az” əməkdaşı Məhərrəm Əliyev xüsusilə İcra hakimiyyətləri Baş Prokurorluq ilə bağlı ciddi çətinliklərin olduğunu vurğulayır.

O bildirir ki, sorğulara cavab verilməməsi adətən “istintaq materialıdır” arqumenti ilə əsaslandırılır.

“Əgər belədirsə, Baş Prokurorluğun mətbuat xidməti kimə lazımdır?”, -  jurnalist etiraz edir.

Eyni media qurumunun əməkdaşı Əzizə İsmayılova isə fərqli mövqedədir.

 Onun sözlərinə görə, ümumilikdə sorğularına cavab alıb, yalnız Baş Prokurorluqla bağlı müəyyən çətinliklər yaşanıb. 

Araşdırma zamanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ən çox şikayət olunan qurumlardan biri kimi önə çıxır.

“TodayPress TV”nin baş redaktoru Günəş Mərd, “Oxu.az” əməkdaşı Töhfə Səməd və jurnalist Nəzrin Mirzəyeva AQTA-ya göndərilən sorğuların cavabsız qaldığını bildiriblər.

Günəş Mərdin sözlərinə görə, cavab ala bilmədiyi qurumlar arasında Bakı Şəhər Baş Polis  İdarəsi, AQTA Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də var.

Adının açıqlanmasını istəməyən Xəzər TV əməkdaşı isə İqtisadiyyat Nazirliyinin tabeliyində olan Dövlət Əmlak Xidməti Mərkəzi Bankın sorğulara cavab vermədiyini, Ədliyyə Nazirliyi Təhsil Nazirliyinin isə cavabları gecikdirdiyini qeyd edir.

APA İnformasiya Agentliyinin adının anonim  saxlanmasını istəyən  əməkdaşı  "Aztelekom”un sorğulara cavab vermədiyini bildirir.

ATV əməkdaşı Əhməd Məmmədov Qarabağda çəkilişlərlə bağlı Müdafiə Nazirliyinə müraciət etdiyini, lakin heç bir rəsmi geridönüş almadığını deyir. 

Onun fikrincə, bu təhlükəsizlik mövzularında informasiya siyasətinin daha qapalı olmasına sübutdur. 

“Media haqqında”  və “İnformasiya əldə etmək haqqında” Qanuna əsasən, dövlət qurumları jurnalist sorğularına ən geci 7-14 iş günü ərzində cavab verməlidir. Cavab verilmədiyi halda isə bu, informasiya əldə etmək hüququnun pozulması sayılır.

Aytac Zeynalova

Seçilən
36
2
anews.az

3Mənbələr