AZ

Nərimanın qiyməti artdı

Məşhur “Transfermarkt” portalı Azərbaycan Premyer Liqasında çıxış edən futbolçuların yeni bazar dəyərini açıqlayıb.
ONN media xəbər verir ki, ölkə çempionatımızın ən bahalı oyunçusu "Qarabağ"ın yarımmüdafiəçisi Leandro Andradedir.
Onun bazar dəyəri 3 milyon avrodur. Kabo-verdeli oyunçunun qiyməti 500 min avro qalxıb.
Ağdam təmsilçisinin hücumçusu Nəriman Axundzadənin də dəyəri yarımmilyon avro artıb. Onun bazar qiyməti hazırda 2,5 milyon avrodur.
Axundzadənin komandası yoldaşı Kadi Borges də eyni dəyərə malikdir.
Seçilən
37
6
onn.az

7Mənbələr