AZ

Özümü Azərbaycanda fərqli bir ölkədə hiss etmədim Türkiyəli yazar

ain.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Qarabağın düşməndən azad edilməsindən sonra bu qüruru, fəxarəti də birlikdə yaşamaqdan çox məmnunuq"

"Azərbaycana 8-ci dəfədir gəlirəm. Bəlkə də hansısa Azərbaycan vətəndaşından daha çox Şuşa şəhərində olmuşam".

Bunu "Sherg.az"a açıqlamasında Azərbaycanda səfərdə olan türkiyəli tanınmış jurnalist, "Yeni Şafak" qəzetinin yazarı Taha Hüseyn Karagöz deyib. 

Türkiyəli yazar bildirib ki, Şuşaya 4-5 dəfə gedib: 

"Cıdır düzünə də getdik, məşhur "xarı bülbül" çiçəyini gördük. Xocalıda, Zəngilanda, Füzulidə də olmuşam. Allaha şükürlər olsun ki, qəhrəman Azərbaycan əsgərlərinin düşməndən azad etdiyi torpaqları, şəhid qanları ilə sulanmış yurdları görmək, orada gəzmək bizə nəsib oldu. Azərbaycanda, Bakıda olmaq öz doğma məmləkətimə getmək kimidir. Uzun illərdən bəri Azərbaycan musiqiləri ilə böyümüş bir türk gənc olaraq hər zaman qardaş Azərbaycanı görmək arzusundaydım. İlk səfərimdən sonra anladım ki, əslində fərqli bir ölkəyə, xaricə getməmişəm. Necə ki, İstanbuldan öz məmləkətim Trabzona, yaxud Ərzuruma, Ankaraya gedirəm, Azərbaycana gələndə də eyni duyğuları yaşadım. Özümü Azərbaycanda fərqli bir ölkədə, yad insanlar arasında hiss etmədim". 

T.Hüseyn əlavə edib ki, Türkiyədən xaricə gedəndə "ölkədən çıxış vergisi" ödənilir: 

"Amma mən Azərbaycana, Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfər edərkən, bu qardaş məmləkətləri "xarici ölkə" kimi görmürəm. Azərbaycanlı qardaşlarımızla birlikdə olmaq, onlarla zaman keçirmək, eyni hissləri yaşamaq, qədər ortaqlığı etmək mənim üçün ölçüyəgəlməz bir xoşbəxtlikdir. Qarabağın düşməndən azad edilməsindən sonra bu qüruru, fəxarəti də birlikdə yaşamaqdan çox məmnunuq. Var olsun Azərbaycan, var olsun Qarabağ! Allaha nə qədər şükür etsək, yenə də azdır". 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
sherg.az

1Mənbələr