AZ

Trampdan Makrona sərt ULTİMATUM: Ya qiymətləri qaldır, ya da sanksiya tətbiq edəcəm – VİDEO

Tramp Makronu hədələyib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb. ABŞ Prezidenti Fransadan gələn bütün mallara 25 faizlik vergi qoymaqla şantaj edib.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla olan danışığının təfərrüatlarını açıqlayıb. Tramp həmkarı ilə söhbət zamanı ona ultimatum verdiyini etiraf edib.

“Mən çox yaxşı bir insanla – Fransadan olan Makronla danışdım. Sonra mən dedim: ‘Emmanuel, siz dərmanların qiymətini qaldırmalısınız'”, – Tramp bildirib.

Onun sözlərinə görə, Fransa lideri bu tələbə qəti şəkildə etiraz edərək “Yox, yox, yox” cavabını verib.

Lakin Tramp israr edərək Makronu iqtisadi sanksiyalarla hədələyib:

“Mən cavab verdim: ‘Siz bunu etməlisiniz. Əgər etməsəniz, Fransanın ABŞ-yə ixrac etdiyi hər şeyə 25 faizlik rüsum tətbiq edəcəyəm'”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
29
interpress.az

1Mənbələr