AZ

Azərbaycanda internet provayderlərinin sürət göstəriciləri açıqlanıb

Bakı.Trend:

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrətənzimləyici qurumu İnformasiya Kommunikasiya TexnologiyalarıAgentliyi (İKTA) sabit genişzolaqlı internet üzrə provayderlərininternet sürət göstəricilərini qlobal internet performansqiymətləndirici platforması olan “Ookla”nın metodologiyası əsasındayeni formatda dərc edib.

Trend xəbərverir ki, bu barədə İKTA məlumat yayıb.

Bildirilib ki, İKTA “Ookla” ilə əməkdaşlıq çərçivəsindəAzərbaycan üzrə sabit genişzolaqlı internet xidmətlərinə dair sürəthədlərini (“Speedtest Intelligence” məlumatları əsasında) yenivizual formatda rəsmi internet səhifəsində təqdim edib.

Dərc olunmazdan əvvəl İKTA və “Ookla” arasında təqdimatformasının metodoloji uyğunlaşdırılması və məlumatlarınstandartlaşdırılması üzrə birgə iş aparılıb. Ölçmə metodologiyasıvə nəticələr “Ookla” şirkətinin məhsulu olduğu üçün bu istiqamətdəaparılan bütün fəaliyyət şirkətlə razılaşdırılıb.

Yeni təqdimat 3 kateqoriyalı rənglənmiş sürət təsnifatı əsasındahazırlanıb. Vizual formatda provayderlərin fərdi internet sürəti(Mbps) göstəriciləri dərc olunmur. Onun əvəzinə, istifadəçilərinmüqayisəni daha rahat aparması üçün “Ookla”nın rəsmi saytında əksolunan provayderlərin median internet sürətinə əsasən üçkateqoriyaya bölünüb:

Yüksək Sürət — 90+ Mbps

Yüksək sürət təqdim edən provayderlər.

Orta Sürət — 50–89 Mbps

Orta sürət təqdim edən provayderlər.

Aşağı Sürət — 1–49 Mbps

Aşağı sürət təqdim edən provayderlər.

Bu yanaşma istifadəçilərə bazarın ümumi mənzərəsini daha aydın,qısa və vizual olaraq təkmilləşmiş formada görməyə imkan verir.Kateqoriyalar OOKLA Speedtest Intelligence platformasından əldəedilən median ölçmə nəticələrinə əsaslanır və İKTA tərəfindəntəsnif edilərək təqdim olunub.

“Ookla”nın rəsmi reytinq sisteminə yalnız geniş nümunə payı vətam metodoloji uyğunluğu olan provayderlər daxil edilir. Lakin İKTAtərəfindən dərc olunan cədvəldə ölkədə fəaliyyət göstərən, “Ookla”tərəfindən qeydə alınan bütün provayderlər əhatə olunub.

Provayderlərin təqdim etdikləri və “Ookla” sürət ölçümü(Speedtest) aləti vasitəsilə aparılan ölçmələrdən müəyyən edilənsürət kateqoriyalarına görə qruplaşdırılması ölkə üzrə internetperformansının inkişaf dinamikasının daha aydın görülməsinə imkanyaradır.

İKTA hesab edir ki, bu cür analitik və vizual təqdimat modelitənzimləyici fəaliyyətin dəstəklənməsi, provayderlərin xidmətgöstəriciləri üzrə sağlam rəqabətinin təşviqi və istehlakçılarıninternet sürəti həddi seçimi baxımından mühüm rol oynayır.

Agentlik “Ookla” ilə əməkdaşlığı davam etdirərək internetkeyfiyyəti üzrə milli indikatorların mütəmadi yenilənməsini vəanalitik monitorinqin genişləndirilməsini planlaşdırır.

Məqalədə:
Seçilən
42
10
az.trend.az

10Mənbələr