AZ

Tramp Makronu tariflərlə hədələdi

Tramp Makronu hədələdi: “Dərman qiymətlərini qaldırmasanız, rüsum tətbiq edəcəyəm”

ABŞ Prezidenti Fransadan gələn bütün mallara 25 faizlik vergi qoymaqla şantaj edib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp Fransa Prezidenti Emmanuel Makronla olan danışığının təfərrüatlarını açıqlayıb. Tramp həmkarı ilə söhbət zamanı ona ultimatum verdiyini etiraf edib.

“Mən çox yaxşı bir insanla – Fransadan olan Makronla danışdım. Sonra mən dedim: ‘Emmanuel, siz dərmanların qiymətini qaldırmalısınız'”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, Fransa lideri bu tələbə qəti şəkildə etiraz edərək “Yox, yox, yox” cavabını verib.

Lakin Tramp israr edərək Makronu iqtisadi sanksiyalarla hədələyib:

“Mən cavab verdim: ‘Siz bunu etməlisiniz. Əgər etməsəniz, Fransanın ABŞ-yə ixrac etdiyi hər şeyə 25 faizlik rüsum tətbiq edəcəyəm'”.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
34
interpress.az

1Mənbələr