AZ

Ata Abdullayev azadlığa çıxır? Hüquq müdafiəçisi açıqladı

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Sosial şəbəkələrdə qalmqalallı bloger Ata Abdullayevin də amnistiyaya düşdüyü barədə məlumat yayılıb. Hətta onun artıq azadlığa çıxıdığı da iddia olunub.

Globalinfo.az-ın xəbərinə görə, hüquq müdafiəçisi Novella Cəfəroğlu Modern.az-a bildirib ki, Ata Abdullayevin amnistiyaya düşməsi gözlənilir.

Onun sözlərinə görə, A.Abdullayevin məhkum olunduğu maddə amnistiya aktının şərtlərinə uyğundur.

17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Ata Abdullayev 2021-ci ilin martında həbs edilib.

Ona Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) və 182.2.4-cü (xeyli miqdarda əmlak əldə etmək məqsədilə törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum olunub.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
4
globalinfo.az

5Mənbələr