AZ

Media: Bəşər Əsəd Moskvada dəbdəbəli həyat tərzi keçirir

ain.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 23 dekabr, AZƏRTAC

Suriyanın sabiq Prezidenti Bəşər Əsədin ailəsi respublikada hakimiyyət dəyişikliyindən sonra Moskvada dəbdəbəli həyat tərzi keçirir.

AZƏRTAC xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb. Nəşrin şahidlərə istinadla yazdığına görə, Bəşər Əsəd nahar etmək üçün Moskvanın ən hündür göydələnini seçib. Binanın 62-ci mərtəbəsindən şəhərə mənzərəsi açılan “Sixty” restoranına mütəmadi olaraq Rusiya siyasi elitasının üzvləri və xarici məşhurlar gəlirlər.

Mənbələr qəzetə bildiriblər ki, Əsəd ailəsinin dəbdəbəli həyat tərzi onlar Moskvaya köçdükdən dərhal sonra başlayıb. Əvvəlcə ailə “Four Seasons” hotelində həftədə təxminən 13 min dollar qalırdı. Suriyanın sabiq lideri daha sonra ailəsi ilə birlikdə “Federasiya” qülləsindəki ikimərtəbəli penthausa köçüb. Rusiya kəşfiyyat xidmətləri onları qorumağı və hərəkətlərinə nəzarəti davam etdirir.

“The Guardian” qəzeti isə yazıb ki, Bəşər Əsəd Rublyovkadakı elit qəsəbədə, Ukraynanın sabiq Prezidenti Viktor Yanukoviçin qonşuluğunda yaşayır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
62
1
azertag.az

2Mənbələr