AZ

Viktor Orban: Ukrayna ilə bağlı ABŞ Rusiya danışıqları sülhlə nəticələnə bilər

Azertag portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Macarıstanın Baş naziri Viktor Orban Avropa İttifaqının müqavimətinə baxmayaraq, Ukraynadakı vəziyyətin nizamlanmasına dair ABŞ-Rusiya danışıqlarının sülhlə nəticələnə biləcəyinə inanır.

AZƏRTAC xəbər verir ki, hökumət başçısı bu barədə TV2 telekanalına müsahibəsində deyib. “Avropanın müqavimətinə baxmayaraq, ABŞ–Rusiya danışıqlarının uğurla başa çatması mümkündür. Bu halda Ukraynanın iştirakı ilə atəşkəsə, hətta davamlı sülhə nail olmaq olar”, - deyə Viktor Orban bildirib.

Oktyabrın əvvəlində Viktor Orban Avropa təhlükəsizliyinin gələcəyi ilə bağlı Brüssellə Moskva arasında danışıqların aparılmasını təklif edib. Macarıstanın Baş nazirinin fikrincə, həmin müzakirələrdə Ukrayna münaqişəsi əsas mövzu olmamalıdır. Onun sözlərinə görə, Ukraynada sülh yalnız Vaşinqtonla Moskva arasında danışıqlardan sonra mümkün ola bilər. Viktor Orban qeyd edib ki, Avropa Minsk razılaşmalarının icrasını təmin edə bilmədiyi üçün vasitəçilik imkanını əldən verib.

Hökumət başçısı dəfələrlə bəyan edib ki, Brüssel Ukraynadakı münaqişədə qalib tərəf ola bilməz və əgər diplomatik nizamlanmaya nail olunmasa, Avropa öz qonşuluğunda “ikinci Əfqanıstanla” üzləşəcək. O, həmçinin Ukraynanın Rusiya zonası, demilitarizasiya zonası və Qərb zonasına bölünəcəyini də istisna etməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
26
2
azertag.az

3Mənbələr