Bakı. Trend:
Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıqİli” elan edilməsi haqqında möhtərəm cənab Prezident İlham Əliyevinimzaladığı Sərəncam müasir dövürdə memarlığın və şəhərsalmanınölkəmizin həyatında və insanların yaşadığı sağlam, əlverişlimühitin formalaşmasında oynadığı əhəmiyyətli rolungöstəricisidir.
Bu mühüm qərar bir daha təsdiqləyir ki, şəhərsalma və memarlıqAzərbaycan dövlətinin sosial-iqtisadi inkişaf strategiyasında,milli kimliyin qorunmasında və dayanıqlı gələcəyinformalaşdırılmasında prioritet sahələrdən biridir. Dövlətbaşçısının rəhbərliyi ilə son illər ölkəmizdə həyata keçiriləngenişmiqyaslı quruculuq, bərpa və yenidənqurma layihələri, xüsusiləazad edilmiş ərazilərdə tətbiq olunan innovativ və “yaşıl”şəhərsalma yanaşmaları bu sahəyə verilən strateji əhəmiyyətin bariznümunəsidir.
Eyni zamanda, “Şəhərsalma və Memarlıq İli” çərçivəsindəölkəmizdə keçiriləcək Dünya Şəhərsalma Forumu (WUF) ilə əlaqədarAzərbaycan Memarlıq və İnşaat Universitetində bir sıra mühümtəşəbbüslərin reallaşdırılması nəzərdə tutulur. Bu çərçivədəAzMİU-nun Memarlıq fakültəsinin buraxılış işlərindən ibarət tematiksərgilərin təşkili, şəhərsalma problemlərinə və memarlıq təhsilininaktual çağırışlarına həsr olunmuş panel müzakirələri və dəyirmimasaların keçirilməsi planlaşdırılır. WUF Gənclər Forumununiştirakçıları üçün universitet kampusunda beynəlxalqtərəfdaşlarımızın və xarici ekspertlərin iştirakı iləmaster-klasslar, vorkşoplar və interaktiv müzakirələr təşkilediləcək, WUF13-də iştirak edən nüfuzlu xarici mütəxəssislərintələbələrimiz üçün ustad dərsləri və açıq mühazirələrikeçiriləcəkdir. Bununla yanaşı, Gənclər və İdman Nazirliyi iləbirgə ardıcıl iki ildir həyata keçirilən “ArchiVision Weekend Camp”layihəsinin növbəti buraxılışı da WUF13-ün ideyalarının təbliğinə,gənc memar və şəhərsalmaçıların peşəkar bacarıqlarının inkişafınahəsr olunacaqdır.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması memarlıqvə şəhərsalma praktikası ilə yanaşı bu sahələr üzrə ali təhsil vəelmi-tədqiqat fəaliyyətinin inkişafına da mühüm töhfə verəcək. Buqərar memarlıq, şəhərsalma və inşaat mühəndisliyi ixtisasları üzrəmüasir çağırışlara cavab verən kadr hazırlığının gücləndirilməsinə,təhsilin məzmunun yenilənməsinə, elmin, təhsilin və istehsalatındaha sıx inteqrasiyasına yeni imkanlar açır.
AzMİU ölkədə memarlıq, şəhərsalma və inşaat sahələri üzrəixtisaslı kadr hazırlığının aparıcı mərkəzi kimi dövlətin müəyyənetdiyi prioritetlərə uyğun şəkildə tədris, elmi araşdırma vəinnovasiya fəaliyyətini təkmilləşdirməyə hazırdır. “Şəhərsalma vəMemarlıq İli” çərçivəsində universitetimizdə beynəlxalq səviyyəlielmi görüşlərin, yaradıcılıq müsabiqələrinin və maarifləndiricitədbirlərin sayını daha da artırmağı planlaşdırırıq. Əminik ki, buəlamətdar il Azərbaycan şəhərlərinin tarixi irsinin qorunması iləyanaşı, müasir, dayanıqlı və insan mərkəzli şəhər mühitininformalaşdırılmasına, eyni zamanda yeni nəsil memar və mühəndislərinpeşəkar inkişafına güclü təkan verəcək.