Sea Breeze

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Türkiyənin “GAMA Enerji” şirkəti arasında, eləcə də “Büyükfırat” MMC ilə “Les Benjamins” Tekstil Ticarət Anonim Şirkəti arasında Saziş imzalanıb.

İmzalanma mərasimi II Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində baş tutub.

İlk olaraq, SOCAR ilə “GAMA Enerji” şirkəti arasında sazişi SOCAR-ın prezidenti Rövşən Nəcəf və “Gama Enerji” şirkətinin İdarə Heyətinin sədri Ahmet Hakan Özman imzalayıb. Daha sonra isə, “Büyükfırat” şirkəti ilə “Les Benjamins” şirkəti arasında sazişi “Böyükfırat” şirkətinin baş icraçı direktoru Məhəmməd Ali Büyükfırat və “Les Benjamins” şirkətinin təsisçi və direktoru Bünyamın Aydın imzalayıblar.

Medinex
ETX
Medinex
ETX
Medinex
ETX