ain.az, Operativ MM saytına istinadən bildirir.
Polşa Prezidenti Karol Navrotski Avropa İttifaqı ilə Cənub Ortaq Bazarı (MERCOSUR) ölkələri arasında sərbəst ticarət sazişinin imzalanmasının mümkünlüyünü fəlakət adlandırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
"MERCOSUR ilə müqavilənin təsdiqlənməsi fəlakətdir. MERCOSUR ölkələrindən minlərlə mal Polşanı su altında qoyaraq Polşa kənd təsərrüfatını və digər sektorları məhv edə bilər”, - o qeyd edib.
Navrotski əlavə edib ki, qida təhlükəsizliyi 10.000 kilometr uzaqdan qida idxal etmək deyil, istehlakçıya yaxın qida istehsal etmək deməkdir.
Qeyd edək ki, 6 dekabr 2024-cü ildə Avropa fermerlərinin etirazlarına baxmayaraq, Aİ və MERCOSUR ticarət müqaviləsi imzalayıb.
Sənədin qüvvəyə minməsi üçün bütün üzv dövlətlər tərəfindən təsdiqlənməlidir. Sazişin qarşısını almaq üçün Aİ əhalisinin ən azı 35%-ni təmsil edən dörd ölkənin rədd cavabı tələb olunur. Sazişə Aİ kənd təsərrüfatı lobbisi, Fransa, Polşa və bir sıra digər ölkələr qarşı çıxır.
MERCOSUR Argentina, Braziliya, Paraqvay və Uruqvay tərəfindən təsis edilmiş Cənubi Amerikanın ən böyük ticarət və iqtisadi birliyidir. Onların ümumi ərazisi Cənubi Amerikanın 70%-dən çoxunu və əhalisi 295 milyon nəfəri təşkil edir.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.