AZ

SOCAR Türkiyədə 870 MVt-lıq elektrik stansiyasını 225 milyon dollara alıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin "Gama Enerji İç Anadolu" elektrik stansiyasının 100% payını almaqla qardaş ölkənin enerji bazarındakı mövqeyini gücləndirib.

870 MVt gücündə olan stansiyanın alqı-satqısına dair müqavilə Bakıda keçirilən 2-ci Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində imzalanıb.

Sənədi SOCAR-ın prezidenti Rövşən Nəcəf və "Gama Enerji"nin rəhbəri Hakan Ahmed Ozman imzalayıblar. Sazişə əsasən, stansiyanın tam mülkiyyət hüququ 225 milyon dollar müqabilində SOCAR-a keçib.

Bu satınalma SOCAR-ın Türkiyədəki aktivlərinin diversifikasiyası və elektrik enerjisi istehsalı zəncirində iştirakının genişləndirilməsi baxımından strateji əhəmiyyət kəsb edir.

N.Təbrizli

Seçilən
97
anews.az

1Mənbələr