AZ

Qarabağ Belçika klubunun hücumçusu ilə maraqlanır

ain.az bildirir, Operativmedia portalına istinadən.

Azərbaycanın “Qarabağ” futbol klubunun Belçikanın “Lyej” klubunun hücumçusu Umar Diufa maraq göstərməsi ilə bağlı bəzi detallar məlum olub.

Operativ Media-nın məlumatına görə, Belçikanın Voetbalkrant.com portalı “Qarabağ”ın 22 yaşlı seneqallı futbolçunu transfer etmək istədiyini yazıb. Bildirilir ki, klub bu yaxınlarda 1,2 milyon avro məbləğində təklif irəli sürsə də, belçikalılar bu təklifi rədd ediblər. “Lyej”in futbolçu üçün təxminən 1,5 milyon avro tələb etdiyi qeyd olunur.

Hazırda ölkə çempionunun seneqallı hücumçu ilə bağlı yeni təklif verib-vermədiyi məlum deyil. Həmçinin Belçikanın “Gent”, “Club Brugge”, Kiprin “Pafos” klublarının və İngiltərə Çempionşipindən bir komandanın da Diufa maraq göstərdiyi bildirilir.

Umar Diuf bu mövsüm Belçikanın ikinci divizionunda 18 oyuna çıxıb və 8 qol vurub. Onun “Lyej” klubu ilə müqaviləsi 2026/27 mövsümünün sonuna qədər qüvvədədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
58
operativmedia.az

1Mənbələr