Yazını böyüt
Yazını kiçilt
Lerik rayonunda məktəbdə yanğın qeydə alınıb. Hadisə rayonun Buzeyir kəndində yerləşən ümumtəhsil müəssisəsində baş verib.
Hafta.az xəbər verir ki, yanğın məktəbin dam örtüyündən başlayıb.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri cəlb olunub. Təhlükəsizlik məqsədilə məktəbdə təhsil alan şagirdlər dərhal təxliyə edilib.
Yanğın qısa müddətdə nəzarətə götürülərək söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Yanğının başvermə səbəbləri araşdırılır.