AZ

Dövlət şirkətlərini zərərdən qurtarmaq üçün: Əvvəl borc, sonra özəlləşdirmə

ain.az, Cebheinfo saytına istinadən bildirir.

İlin sonuna yaxınlaşdıqca, kommunal sektordakı dövlət şirkətlərinin təqdim etdiyi  maliyyə hesabatları heç də ürəkaçan olmur. 

Çünki müvafiq dövlət şirkətlərinin əksəriyyəti zərərlə işləyiblər. Nəticədə kommunal sektorda fəaliyyət göstərən dövlət şirkətlərinin yığılmış zərərləri fantastik həddə çatıb. Belə ki, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti  3.1 milyard manat, “Azərsu “ASC (yerində iki qurum yaradılıb) 8.1 milyard manat,  «Azərbaycan Dəmir Yolları» QSC 1.8 milyard, “Azərenerji” ASC 1.8 milyard,  “Azərişıq” ASC 313 milyon, “Azəristliktəchizat” 133 milyon manat zərər edib.  

Ümumilikdə 13.5 milyard manata yaxın rəqəm alınır.  Onu da qeyd edək ki, bəzi  kommunal sektorda fəaliyyət göstərən dövlət şirkətləri gəlirlə işlədiklərini bildirirdi. Mövcud problemi necə həll etmək olar, onları özəlləşdirməklə bunun qarşısını almaq mümkündürmü?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərli “Cebheinfo.az”-a bildirib ki, vaxtında özəlləşmə olsaydı, bu mümkün idi:

“Ancaq indi artıq gecdir, bu bitib, həmin mərhələni biz arxada qoymuşuq. Yəni kommunal xidmətlərin zərərlə işləməyinin səbəbləri araşdırılmalı,  aradan qaldırılmalıdır. 

Zərərlə işləməyin əsas səbəblərindən biri, məsələn, xərclərin çox olmasıdırsa, xərclər azaldılmalı, şəffaflıq artırılmalı, tenderlər, dövlət satınalmaları daha şəffaf olmalıdır. İkinci yol kimi həmin dövlət inhisarçı şirkətlərin idarə olunmasında və işçi sayına baxmaq lazımdır ki, onların sayı çox, yoxsa azdırmı, hansı optimallaşdırma addımları atmaq olar?  Yaxud da bir vaxtlar keçmiş “Azərsu” ASC-nin vergi borcları silinib. 

Zərərinin kompensasiya olunması ilə bağlı qəraralar verilib. Ya da dövlət birdəfəlik bu məsələni sıfıra endirməlidir". Ekspert hesab edir ki, bu borc qayıtması mümkün olmayan zərərdir:"Yəni sıfıra endirib yenidən paylayıcı şirkətlərin özəlləşməsi ilə bağlı qərar verilməlidir”.

Nigar Abdullayeva

“Cebheinfo.az”

Açar sözlər:

Dövlət şirkətləri Natiq Cəfərli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
106
1
cebheinfo.az

2Mənbələr