AZ

Vens xüsusi təyinatlılarla MƏŞQ ETDİ: “Özümü əzilmiş hiss edirəm” – FOTO

ABŞ vitse-prezidenti “dəniz pişikləri” ilə məşq edib.

İnterpress.az xəbər verir ki, bu barədə “New York Post” məlumat yayıb. Vens Kaliforniyada xüsusi təyinatlılarla 90 dəqiqəlik ağır sınaqdan keçib.

Məlumata görə, ABŞ-nin vitse-prezidenti Cey Di Vens Kaliforniyada “Navy SEALs” (Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlıları) döyüşçüləri ilə birlikdə ağır məşq proqramında iştirak edib.

O, xüsusi təyinatlıların bazasında 90 dəqiqə vaxt keçirərək qum üzərində qaçış, kanata dırmanma və ağır tirlərin daşınması kimi çətin tapşırıqları yerinə yetirib.

Məşqdən sonra Vens təəssüratlarını bölüşərək özünü “sanki yük maşını vurmuş kimi” hiss etdiyini yazıb.

O, həmçinin nümayiş etdirdikləri yüksək səviyyəli hazırlığa görə hərbçilərə təşəkkür edib.

Xuraman Etibarlı

İnterpress.az


Seçilən
52
interpress.az

1Mənbələr