AZ

Ehtiyatda olan mayor 300 minlik dələduzluqda ittiham olunur

Vətəndaşların etibarından sui-istifadə edərək dələduzluqda ittiham olunan ehtiyatda olan hərbçi Bəşir Bəşirovun cinayət işi üzrə məhkəmə başlayır.

Publika.az APA-ya istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Hərbi Məhkəməsinə təqdim olunub.

İş icraata verilib və hazırlıq iclası təyin edilib.

İttihama görə, təqsirləndirilən Bəşir Bəşirov müxtəlif vədlər verməklə vətəndaşların etibarından sui-istifadə etməklə 312 min manatdan çox pulu ələ keçirib. İş üzrə 8 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Vətəndaşların şikayəti əsasında Bəşir Bəşirov saxlanılıb və istintaqa cəlb edilib.

Seçilən
11
8
publika.az

10Mənbələr