ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Polşa dekabrın 23-ü, səhər saatlarında Rusiyanın Ukraynaya geniş miqyaslı hücumuna cavab olaraq ölkə hava məkanında Hava Hücumundan Müdafiə (HHM) resurslarını aktivləşdirib.
“AzPolitika” bildirir ki, bu barədə Polşa Silahlı Qüvvələrinin Operativ Komandanlığı məlumat yayıb.
Məlumata görə, Rusiya dronlar vasitəsilə hücumlar həyata keçirib, səhər saatlarında isə bu hücumlara qanadlı raketlər əlavə olunub. Partlayışların səsləri, xüsusilə, Rovno və İvanо-Frankovsk vilayətinin Burştyn bölgəsində eşidilib.
Polşa hava məkanında əməliyyatlara həmçinin müttəfiq Hərbi Hava Qüvvələri də cəlb olunub. Müdafiə tədbirləri çərçivəsində döyüş təyyarələri havaya qaldırılıb, yer sistemləri və radar kəşfiyyat avadanlıqları hazır vəziyyətə gətirilib.
Operativ Komandanlığın açıqlamasında qeyd olunub: "Bu tədbirlər profilaktik xarakter daşıyır və hava məkanının, xüsusən də təhlükə altında olan ərazilərə yaxın bölgələrin qorunmasına yönəlib. Komandanlıq vəziyyəti izləyir və bütün qüvvələr dərhal reaksiya verməyə hazırdır”.
“AzPolitika.info”
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.