Bakı. Trend:
“Barselona”, “İnter” və PSJ-nin sabiq futbolçusu RafinyaAlkantara karyerasını başa vurduğunu açıqlayıb.
Trend xariciKİV-ə istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədəsosial şəbəkələrdə yayımlanan video müraciətində bildirib. O,qərarının əsas səbəbinin dizindən aldığı ciddi zədə olduğunudeyib.
Qeyd edək ki, Rafinya Alkantara “Barselona”nın yetirməsidir. O,Kataloniya klubunun heyətində 3 dəfə İspaniya çempionu olub və2014/15 mövsümündə UEFA Çempionlar Liqasını qazanıb. Futbolçukaryerası ərzində “Selta”, PSJ, “İnter”, “Real Sosyedad”klublarında çıxış edib. Həmçinin 2016-cı ildə Braziliya millisininheyətində Olimpiya çempionu olub.
Rafinyanın son klubu Qətərin “Əl-Ərəbi” komandası olub.