Futbol üzrə Azərbaycan I Liqasında çıxış edən "Zaqatala"ya texniki məğlubiyyət verilib.
Fanat.Az-ın məlumatına görə, qərar AFFA İntizam Komitəsinin son iclasında çıxarılıb.
Buna bölgə təmsilçisinin XI turda, MOİK-lə matçda legioner limitini pozması səbəb olub.
0:3 hesablı texniki məğlubiyyət alan "Zaqatala" 1200 manat cərimələnib.
Qeyd edək ki, qarşılaşma MOİK-in 3:1 hesablı qalibiyyəti ilə bitib.