ain.az bildirir, Konkret.az portalına istinadən.
Minatəmizləmə fəaliyyəti zamanı zərərçəkən şəxslərə yardım İcbari tibbi sığorta ilə göstəriləcək.
KONKRET.az xəbər verir ki, bu məsələ, Milli Məclisin Aqrar siyasət komitəsinin bugünkü iclasında müzakirə olunan “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsində öz əksini tapıb.
Yeni layihəyə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində minatəmizləmə fəaliyyəti ilə əlaqədar zərərçəkmişlərin hüquqları “Minatəmizləmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq zərərçəkmişlər dövlət səhiyyə sisteminin müəssisələrində ixtisaslaşdırılmış tibbi yardımla dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) təmin olunacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.