Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 23 dekabr, AZƏRTAC
Artıq uşaqlar tamamilə fərqli dünyada böyüyürlər. Bir nəsil üçün rəqəmsal bacarıqlar üstünlük kimi görünürdüsə, bu gün o, həyatımızın ayrılmaz hissəsinə çevrilib.
AZƏRTAC xəbər verir ki, bu sözləri rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “Rəqəmsal mühitdə uşaqların müdafiəsi: Müasir alətlər və beynəlxalq əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda söyləyib.
O bildirib ki, rəqəmsal mühit bərabər imkanlar təqdim etməklə yanaşı, uşaqları müəyyən risklərə də məruz qoyur və onların qabiliyyətlərinin inkişafına təsir edə bilər.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.