AZ

Mingəçevir Şəhər Prokurorluğunda “Açıq qapı” günü keçirilib

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mingəçevir, 23 dekabr, Vüsalə Cənnətova, AZƏRTAC

Dekabrın 23-də Mingəçevir Şəhər Prokurorluğunda “Açıq qapı” günü təşkil olunub. Tədbirdə media nümayəndələri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, eləcə də ictimai fəallar iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Açıq qapı” gününün əsas məqsədi vətəndaşların prokurorluq orqanlarının fəaliyyəti ilə yaxından tanış olmalarını təmin etmək, hüquqi maarifləndirmə işini genişləndirmək və prokurorluq orqanlarının şəffaflıq prinsiplərinə əsaslanan fəaliyyətini ictimaiyyətə təqdim etmək olub.

Tədbiri açan Mingəçevir şəhər prokuroru Pərvin Quliyev, bu cür görüşlərin hüquqi biliklərin artırılması baxımından mühüm əhəmiyyət daşıdığını qeyd edib. O, prokurorluq orqanlarının fəaliyyətində vətəndaş hüquq və azadlıqlarının qorunmasının, şəffaflığın və ictimaiyyətlə açıq dialoqun əsas prioritetlərdən olduğunu vurğulayıb.

Şəhər prokuroru iştirakçılara prokurorluğun səlahiyyətləri, fəaliyyət mexanizmləri və gündəlik iş istiqamətləri barədə ətraflı məlumat verib, eyni zamanda, qonaqları maraqlandıran sualları cavablandırıb.

Tədbir çərçivəsində Baş Prokurorluğun mətbuat xidmətinin böyük prokuroru Kənan Zeynalov da çıxış edərək, respublika üzrə prokurorluq orqanlarının strukturu, funksiyaları və son illərdə həyata keçirilən islahatlar barədə çıxış edib. O, aparılan islahatların əsas hədəfinin vətəndaş məmnunluğunun artırılması, şəffaflığın təmin edilməsi və hüquqi müdafiə mexanizmlərinin gücləndirilməsi olduğunu diqqətə çatdırıb.

Kənan Zeynalov, həmçinin prokurorluq orqanlarının media və ictimaiyyətlə əlaqələrinin inkişafı istiqamətində görülən işlərdən və bu sahədə nəzərdə tutulan gələcək planlardan bəhs edib.

Tədbirdə iştirak edən digər peşəkar prokurorluq əməkdaşları da öz fəaliyyət sahələri üzrə məlumat verərək, praktiki təcrübələrini iştirakçılarla bölüşüblər.

İştirakçılar “Elektron prokurorluq” informasiya sistemi, eləcə də prokurorluq orqanlarının istifadəsindəki müasir kriminalistik avadanlıqlarla yaxından tanış olub, onların istintaq və araşdırma proseslərində tətbiqi barədə ətraflı izahatlar alıblar.

Sonda tədbir iştirakçıları üçün maarifləndirici film nümayiş etdirilib, daha sonra prokurorluğun inzibati binası ilə tanışlıq turu təşkil olunub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
40
3
azertag.az

4Mənbələr