Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın23-də Xankəndi şəhərinin Kərkicahan qəsəbəsində olub.
Trend xəbərverir ki, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarındaPrezidentin xüsusi nümayəndəsi Elçin Yusubov dövlətimizin başçısınaqəsəbədə görülmüş işlər barədə məlumat verdi.
Təmir işlərinə bu ilin may ayında başlanılmış qəsəbədə hazırda33 yaşayış binası və 1037 fərdi ev mövcuddur. Onlardan 247-siyararsız, 790-ı isə qismən yararlıdır. Bu ilin sonunadək 40,2026-cı ildə isə 280 evin təmiri nəzərdə tutulur. Artıq 30 evdətəmir işləri başa çatdırılıb. İlkin mərhələdə 30 ailə olmaqla,ümumilikdə 115 sakin müvəqqəti məskunlaşdıqları şəhər vərayonlardan qəsəbəyə - öz dədə-baba yurdlarına qayıdıb.
Qəsəbədə bir sıra sosial infrastruktur layihələri də icraolunub. Fərdi evlərin yerləşdiyi ərazidə su, elektrik və qazxətləri yoxlanılıb, 2 kilometr yeraltı optik kabel, 510 metrelektrik xətti çəkilib, işıq dirəkləri quraşdırılıb, küçəişıqlandırılması təmin olunub, daxili yollar asfaltlanıb. Eynizamanda, 60 çarpayılıq 1 nömrəli körpələr evi-uşaq bağçası və 624şagird yerlik tam orta məktəbdə əsaslı təmir işləri aparılıb.
Qeyd edək ki, Prezident İlham Əliyev 2023-cü il oktyabrın 15-dəbu qəsəbədə olub.
Dəniz səviyyəsindən 1130 metr hündürlükdə yerləşən və ümumisahəsi 234 hektar olan Kərkicahan Xankəndi şəhər ərazi vahidindəqəsəbədir. 1960-cı illərdə keçmiş vilayətin millətçi erməni rəhbərorqanları qəsəbənin adını yaşayış məntəqələrinin rəsmi siyahısındançıxarıb Xankəndi şəhərinə birləşdirmişdilər. 1991-ci ilin sonundaişğal olunan Kərkicahan 1992-ci ildə ermənilər tərəfindənyandırılmışdı. İşğaldan əvvəl qəsəbədə 355 ailə olmaqla 1796 nəfərazərbaycanlı yaşayırdı. Hazırda qeydiyyatda 674 ailə olmaqla,ümumilikdə 2531 sakin var. Qəsəbə 2023-cü ildə Azərbaycan Ordusununhəyata keçirdiyi antiterror əməliyyatı nəticəsində işğaldan azadedilib.
Xəbər yenilənəcək