AZ

Küçədən qadın meyiti tapıldı

Dekabrın 22-si saat 16 radələrində Bakıda küçədən meyit tapılıb.

Bakıvaxtı.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə Yasamal rayonu Mustafa Sübhi küçəsində qeydə alınıb.

Belə ki, üzərində zorakılıq əlamətləri görünməyən 40-45 yaşlı meyit qadına məxsusdur.

Ölən şəxsin kimliyini müəyyən etmək məqsədilə tədbirlər həyata keçirilir.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır. 

Seçilən
31
4
bakivaxti.az

5Mənbələr