AZ

Ermənistandakı ABŞ səfiri ölkədən gedir

Ermənistandakı ABŞ səfiri fəaliyyətini başa vurur.

Modern.az xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfirliyi bununla bağlı məlumat yayıb:

“Səfir Kristina Kvinn üç illik vəzifə müddətindən sonra 2026-nın yanvar ayının ortalarında Ermənistandakı missiyasını başa vuracaq. Səfirin gedişindən sonra ABŞ-ın Ermənistandakı siyasətində heç bir dəyişiklik olmayacaq. ABŞ Ermənistanla tərəfdaşlığına sadiq qalır. ABŞ Ermənistanla strateji tərəfdaşlığı daha da inkişaf etdirməyi, eləcə də 8 avqustda Vaşinqtonda keçirilən tarixi sülh sammiti zamanı Prezident Tramp və Baş nazir Paşinyanın imzaladığı ikitərəfli müqavilələri həyata keçirməyi hədəfləyir”.

Seçilən
13
1
modern.az

2Mənbələr