Dekabrın 23-də Bakıda 79 nömrəli körpələr evi-uşaq bağçasının elektrik şitində qısaqapanma nəticəsində kiçikhəcmli yanğın baş verib.
Bu barədə cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
"Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidmətinə məlumat verilib və yanğının yayılmasının qarşısı alınıb. Hadisə nəticəsində xəsarət alan olmayıb. Aidiyyəti qurumlar tərəfindən hadisənin səbəbləri araşdırılır", deyə məlumatda qeyd olunub.
12:31
Bakı şəhəri, Yasamal rayonunda yanğın hadisəsi baş verib.
Xezerxeber.az xəbər verir ki, yanğın Tağı Şahbazi küçəsində yerləşən 79 saylı uşaq bağçasında qeydə alınıb.
Əraziyə FHN-in yanğınsöndürən qüvvələri cəlb edilib.