AZ

"Turan quruculuğunun nüvəsi formalaşır" - Fazil Mustafa

"Dövlət vəzifəsi insanlara bəzən tarixi şərtlər və tale nəticəsində nəsib olur, lakin tarixi liderlər öz məsuliyyətini dərindən dərk edərək vəzifələrini əsl missiya kimi yerinə yetirirlər".

Redaktor.az xəbər verir ki, bunu parlamentdə çıxışı zamanı Milli Məclisin komitə sədri, deputat Fazil Mustafa bildirdi.

Fazil Mustafa qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev məhz bu xüsusiyyətləri ilə fərqlənir və Azərbaycan tarixində qalacaq bir liderdir.

Deputat vurğulayıb ki, son 200 ildə bu millətin qarşısında duran ən böyük vəzifə müstəqil dövlət yaratmaq və onun bütövlüyünü qorumaq idi. Bu vəzifəni ulu öndər Heydər Əliyev uğurla yerinə yetirib, Azərbaycan dövlətinin stabilliyini təmin etmişdir:

"İlham Əliyevin isə dövlətin ərazi bütövlüyünü bərpa etməsi və Zəngəzur dəhlizi kimi strateji hədəfləri reallaşdırması ilə Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir".

Fazil Mustafa əlavə edib ki, bu addımlar Turan quruculuğunun nüvəsini formalaşdırır və ölkəyə dünya gücləri ilə əməkdaşlıqda daha geniş imkanlar açır.

Aminə ŞAHSUVARQIZI

Seçilən
78
redaktor.az

1Mənbələr