Avropa Birliyinə üzv dövlətlər Fransanın Avropanın siyasi və hərbi mərkəzi rolunu öz üzərinə götürməsini dəstəkləyir.
Doğru.az xəbər verir ki, bu barədə Politico nəşri mənbələrə istinadən məlumat yayıb. Qeyd olunub ki, Fransa Aİ daxilində yeganə nüvə gücünə malik ölkədir və eyni zamanda müstəqil müdafiə sənayesinə sahibdir.
Avropalı diplomatın sözlərinə görə, Avropa miqyasında liderlik təşəbbüsünü Fransa Prezidenti Emmanuel Makron göstərməlidir:
“Bizə Makron təşəbbüs göstərməlidir. Bunu Fransadan başqa kim edəcək?”
Xatırladaq ki, bir müddət əvvəl alman politoloq Aleksandr Rar Fransa Prezidentinin Almaniya kansleri Fridrix Merzin Avropadakı liderliyinin zəifləməsindən məmnunluq duyduğunu bildirmişdi.
DOĞRU.AZ